Haqqımızda
FOTOSTUDIO.AZ Azərbaycandakı foto, video, podkast və production studiyalarını bir yerdə göstərən açıq kataloqdur. Qeydiyyat və ya hesab tələb olunmur: giriş edir, filtrləyir və studiyaya baxırsan.
İstifadəçi üçün sadə işləyir: studiyalara bax, müqayisə et və birbaşa əlaqə saxla. Sayt çəkiliş etmir və rezervasiya qəbul etmir. Görüş, qiymət və tarix məsələləri studiyanın özü ilə həll olunur.
Studiyalar üçün siyahıda yer almaq pulsuzdur. Məlumatı yeniləmək, düzəliş etmək və ya studiyanı əlavə etmək üçün bizə yaza bilərsiniz.
Məlumatlar Instagram, saytlar və yerli kataloqlar kimi açıq mənbələrdən toplanıb və zamanla dəyişə bilər. Qiymət, iş saatı və xidmət kimi məsələləri qərar verməzdən əvvəl studiyadan dəqiqləşdirin.